"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi yeni “SMS” xəbər sisteminin tətbiqinə start verib

--2021-09-10 / 13:14

“Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi yeni “SMS-xəbər” xidmətinin tətbiqinə başlayıb” – bu fikirləri Belediyye.infoya Binəqədi qəsəbə bələdiyyəsi Vergi xidmətinin rəhbəri Qorxmaz Cəfərov bildirib. Onun sözlərinə görə, bələdiyyənin əsas məqsədi vergi ödəyicilərinə xidmətin səviyyəsini artırmaqla şəffaflığın təmin edilməsi, qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə çalışmaqdır.

Bildirişlər paylanılsa da bu və ya digər səbəbdən vergi ödəyicilərimiz bir çox hallarda qanunla müəyyən edilən vaxtda yerli vergləri vermir və nəticədə bələdiyyə büdcəsində maliyyə kəsiri yaranır. Bu gün vergi ödəyicilərinin əldə edilmiş mobil telefon nömrələrinə yerli vergiləri vaxtında ödənilməsiylə bağlı sms göndərilməklə xatırlatma ediləcəkdır.

Beləliklə, bildirişlərlə yanaşı hər bir vergi ödəyicisinə mütəmidi olaraq “sms xəbər” də göndəriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR